• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ramik Əşrəfov: Ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub

    30

    apr

    Ramik Əşrəfov: Ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub

    Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar  götürülür, yerində yeni meşə əkinlərinin salınması üçün hazırlıqlar görülür

    Bakı-Ələt-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsinin (284-cü kilometrliyində) sağ və sol hissəsində əvvəllər əkilmiş Eldar şamı  cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyub və xəstəliyin ətrafdakı digər sağlam ağaclara keçməməsi üçün qurumuş ağacların götürülməsinə zərurət yaranıb.


    Ekologiya.az- ən xəbərinə görə, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, mütəxəssislər tərəfindən aparılan müayinələr nəticəsində məlum olub ki, ərazidə kütləvi şəkildə  ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub. Ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların bir hissəsi artıq  götürülüb. 


    "Hazırda  ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri  tərəfindən təmizlənərək ərazidən daşınır. Sahə meşə əkininə hazırlandıqdan sonra götürülmüş ağacların yerinə yerli şəraitə uyğun yeni ağaclar əkiləcək”.

    Tarix : 30-04-2024, 19:36 | Oxunub: 303