Son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bölgələrdə bir sıra tədbirlər keçirir. Bu tədbirlər zamanı odun tədarükü, ağacların qorunması ümumiyyətlə ekologiya ilə bağlı məsələlər diqqətdə saxlanılır. Belə aktual mövzulardan biri də səhiyyə qırma sahələri ilə bağlıdır.
15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzindən Ekologiya.az-a bildirilib ki, 15 Sayli Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu sahələrində il ərzində oduncaq tədarükü üçün səhiyyə qırma sahələri ayrılır. Bu səhiyya qırma sahələrində əsasən yaşı ötmüş, qurumuş inkişafdan qalmış içi çürük ağaclar seçilǝrǝk qeydə alınır və qırma sahələri ayrılır. Səhiyyə qırma sahələrində il ərzində tədarük olunan yararlı oduncaq təhsil müəssisələrinə, hərbi hissələrə, tibb məntəqələrinə, şəhid ailələrinə və ehtiyacı olan əhaliyə dəyəri əvvəlcədən ödənilməklə satılır. Mərkəzin xidməti arazisində ziyanverici həşaratlara və böcəklərə qarşı mütəmadi olaraq il ərzində 3000 ha sahədə meşəpotoloji müşahidə və müayinə işləri aparılır, qabaqlayıcı tədbirlər əməkdaşlarımız tərəfindən görülür. Bundan əlavə onu da qeyd etmək istəyirik ki, il ərzində meşəbərpa tədbirlərində istifadə olunması üçün seçilmiş müxtəlif növ toxumluq ağaclardan keyfiyyətli toxumlar tədarük edilərək Mərkəzin anbarına təhvil verilir. Tədarük olunmuş toxumlar Mərkəzin tinglik sahələrinə səpilərək yeni meşə massivlərinin salınması üçün müxtəlif cinslərdən ibarət əkinə yararlı tinglər yetişdirilir. Məlumat üçün onu da bildirmək istəyirik ki, il ərzində Mərkəzin tinglik sahələrində 85-90 min arası əkinə yararlı tinglər yetişdirilir. Nəzərə almağınızı xahiş edirik.