• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ötən həftə 150 hektara yaxın ərazidə 110 mindən çox ağac əkilib - FOTO

    30

    noy

    Ötən həftə 150 hektara yaxın ərazidə 110 mindən çox ağac əkilib - FOTO

    Ötən həftə meşə fondu torpaqlarında 110 mindən çox ağac əkilib.

    Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ötən həftə Lənkəran, Astara, Lerik, Masallı, Tovuz, Ağstafa, Qazax, Sabirabad, Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qobustan, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Ağcabədi, Beyləqan, İmişli, Göygöl, Goranboy, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Bərdə, Ağdaş, Qəbələ, Oğuz, Ordubad, Şahbuz, Şərur rayonlarının meşə fondu torpaqlarında 147.7 hektar ərazidə 110 min 156 ədəd müxtəlifcinsli ağac əkilib, 6 min 124 kiloqram toxum səpilib.

    Əkinlərdə Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilən əkin materiallarından istifadə olunur.


     

    Tarix : 30-11-2023, 11:13 | Oxunub: 3 442