• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gədəbəydə 10 mindən çox ağac əkilib

    22

    okt

    Gədəbəydə 10 mindən çox ağac əkilib

    Gədəbəydə genişmiqyaslı ağac əkmə aksiyası davam edir.

    Ekologiya.az-ın məlumatına görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında həyata keçirilən genişmiqyaslı aksiya çərçivəsində Gədəbəy rayonunda da 11 min ağacın əkilməsi həyata keçirilir.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

    Bildirək ki, son aksiyada Gədəbəydə 10 min ağac əkilib.


    Tarix : 22-10-2024, 10:50 | Oxunub: 1 984