11 noyabr Türk Dövlətləri tərəfindən “Milli Ağaçlandırma Günü” kimi qəbul edilən mühüm bir gündür. Bu gün xüsusilə meşələrin salınması, meşələrin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə qeyd edilir.
Türkiyədə 11 noyabr 2019-cu il tarixindən etibarən bu tarix “Gələcək üçün Nəfəs” kampaniyası çərçivəsində geniş meşəsalma tədbiri ilə qeyd olunur. Hər il bu tarixdə milyonlarla fidan əkərək təbiətə töhfə vermək məqsədi daşıyır.
Türk Dövlətlərinin bu tarixi Milli Ağaçlandırma Günü kimi qəbul etməsi ekoloji şüurun artırılması və ekosistemin qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Bu cür tədbirlər həm yerli, həm də qlobal ekoloji problemlərə diqqəti cəlb etmək üçün effektiv üsul təklif edir.
Ölkəmiz də 2020-ci ildən bu təşəbbüsə qoşulmuşdur. Bu il də 11 noyabrda ölkənin bütün bölgələrində meşəbərpa tədbirləri həyata keçirilib.
Bununla yanaşı 11 Noyabr 2024-cü il tarixində "Türk Dövlətləri Milli Ağaclandırma Günü" ndə, 2024-cü il üçün nəzərdə tutulan Payız əkininə uyğun olaraq, Şəki rayonu Sarıca kəndinin ərazisində 7 saylı Regional Məşə Təsərrüfatı Mərkəzinin Küngüt meşəbəyliyinin 11-ci dolayının 41-ci kvartalında, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin , 7 saylı Regional Məşə Təsərrüfatı Mərkəzinin, 7 saylı Regional Nəqliyyat şöbəsinin, Şimal-Qərb Regional Hidrometeorologiya Mərkəzinin, Şəki rayonu Qayabaşı, Turan, Cəyirli, Bolludərə, Şəki kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, Ekologiya.az saytının əməkdaşlarının və kənd sakinlərinin, ümumilikdə 135 nəfərin iştirakı ilə 4.5 ha ərazinin 2 ha-ında 4x1 sxemində 5000 ədəd Ağcaqayın tingi əkilib. Qeyd edək ki, Şəkidə aksiya nəticəsində ümumilikdə 10.000 ağac əkilib
Ekologiya.az fotoları təqdim edir: