11 noyabr Türk Dövlətləri tərəfindən “Milli Ağaçlandırma Günü” kimi qəbul edilən mühüm bir gündür. Bu gün xüsusilə meşələrin salınması, meşələrin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə qeyd edilir.
Türkiyədə 11 noyabr 2019-cu il tarixindən etibarən bu tarix “Gələcək üçün Nəfəs” kampaniyası çərçivəsində geniş meşəsalma tədbiri ilə qeyd olunur. Hər il bu tarixdə milyonlarla fidan əkərək təbiətə töhfə vermək məqsədi daşıyır.
Türk Dövlətlərinin bu tarixi Milli Ağaçlandırma Günü kimi qəbul etməsi ekoloji şüurun artırılması və ekosistemin qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Bu cür tədbirlər həm yerli, həm də qlobal ekoloji problemlərə diqqəti cəlb etmək üçün effektiv üsul təklif edir.
Ölkəmiz də 2020-ci ildən bu təşəbbüsə qoşulmuşdur. Bu il də 11 noyabrda ölkənin bütün bölgələrində meşəbərpa tədbirləri həyata keçirilmişdir.
11 noyabr Türk Dövlətləri Milli Ağaclandırma günü çərçivəsində həm ekosistemin qorunmasına, həm də iqlim dəyişikliyi ilə mübarizəyə dəstək vermək məqsədilə 10 saylı RMTM-nin Hacıkənd meşəbəyliyinin, 2 saylı meşə dolayısının, 43-cü kvartalında Adi şam (2007 ədəd), Xırda yarpaq cökə (472 ədəd), Qafqaz cökəsi (86 ədəd), Livan sidri (115 ədəd), Horizontal dovşan alması (50 ədəd), Franşet dovşan alması (150 ədəd), Adi zirnic (140 ədəd), Üvəz (50 ədəd) və Palıd (260 ədəd) və tinglərindən cəmi 3330 ədəd olmaqla 1.0 ha sahədə 3x1 sxemində meşə əkini işləri aparılmışdır
Mərkəzin RMTM-nin Goranboy meşəbəyliyinin, 5 saylı meşə dolayısının, 6 kvartalında Adi Göyrüş toxmacarı 1.5 ha sahədə 5000 ədəd olmaqla 3x1 sxemində meşə əkini işləri aparılmışdır
Mərkəzin RMTM-nin Yeni Ağcakənd meşəbəyliyinin, 7 saylı meşə dolayısının, 9-cu kvartalında 1.5 ha sahədə 5000 ədəd çala qazılaraq 3x1 sxemində 180 kq palıd toxumu meşə səpini işləri aparılmışdır.
Ümumilikdə 4,0ha sahədə 13330 ədəd ting əkilmiş və çala qazılaraq toxum(180kq) səpilmişdir.
Ekologiya.az fotoları təqdim edir: