• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 14 saylı RMTM-nin Saratovka meşəbəyliyinin 6 saylı meşə dolayında 19998 ədəd fıstıq tingi əkilib - FOTO

    12

    noy

    14 saylı RMTM-nin Saratovka meşəbəyliyinin 6 saylı meşə dolayında 19998 ədəd fıstıq tingi əkilib - FOTO

    11 Noyabr, Türk Dövlətləri arasında Milli Ağaclandırma Günü olaraq qeyd olunur. Bu gün, Türk dövlətləri arasında təbiətin qorunması, ətraf mühitin yaxşılaşdırılması və ağacların əkilməsi təşviq edilir. Bu təşəbbüs, həmçinin insanların təbii sərvətlərə qarşı daha məsuliyyətli yanaşmasını artırmağı və ətraf mühiti qorumağa dair birgə səyləri dəstəkləməyi məqsəd qoyur.

    Türk dövlətləri  bu günü ağac əkimi fəaliyyətləri ilə qeyd edirlər. Bu günün qeyd olunması, gələcək nəsillərə yaşamaq üçün sağlam və təmiz bir planet buraxmağı hədəfləyir.

    Türk Dövlətləri Milli Ağaclandırma Günü, həm də insanların təbiətə qayğı göstərmələrinin, yaşıl əraziləri artırmalarının və ekosistemi qorumaq üçün birgə işlər görmələrinin vacibliyini vurğulayır.

    Milli Ağaclandırma Günü çərçivəsində 14 saylı RMTM-nin Saratovka meşəbəyliyinin 6 saylı meşə dolayında 6,0 ha sahədə 3 x 1 m sxemində olmaqla 19998 ədəd fıstıq tingi əkilib.

    Milli Ağaclandırma kompaniyasında Gədəbəy RİH-nin rəhbərliyi, Meşələrin İnkişafı Xidmətinin, rayonun Hüquq Mühafizə Orqanlarının, bir çox yerli dövlət təşkilatlarının, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, yerli icma nümayəndələri  iştirak etmişdir. Ümumilikdə ağacəkmə aksiyasına 300 nəfərdən artıq iştirakçı qatılmışdı.

    Ağac əkilməsi kimi təşəbbüslər, həm ekosistemin qorunmasına, həm də iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verir. 

    Ağaclar yalnız karbon dioksidi udmaqla qalmır, həm də təbii yaşayış sahələrini qoruyur, yerli bitki və heyvan növləri üçün sığınacaq təmin edir, havanın keyfiyyətini artırır və torpağın eroziyasını qarşısını alır, yeraltı su ehtiyatlarının bərpasına və su dövranının tənzimlənməsinə, su hövzələrinin təmizlənməsi və torpaq eroziyasının qarşısının alınması kömək edir.

    Bu cür tədbirlər meşələrin ekoloji və sosial funksiyalarının artırılması, ekosistem xidmətlərinin qorunması, insanların istirahəti, psixoloji sağlamlığı üçün həyat keyfiyyətinin yüksəldilməsi və təbii resursların davamlı istifadəsini təmin etməklə cəmiyyətin ekoloji şüurunu artırır və gələcək nəsillərə daha yaşıl bir mühit miras qoyulmasına kömək edir. Bu tip təşəbbüslərin davamlı şəkildə dəstəklənməsi çox vacibdir.

    Ekologiya.az fotoları təqdim edir:


    Tarix : 12-11-2024, 12:56 | Oxunub: 2 552