• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Masallıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

    25

    dek

    Masallıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

    Masallı rayonu Tatyanoba kəndinin Yeyənkənd meşəbəyliyində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.


    Ekologiya.az xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.


    Aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov iştirak ediblər.


    Meşə dolayı ərazisində həyata keçirilən tədbir zamanı ümumilikdə 3500-ə yaxın müxtəlif növ ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

    Tarix : 25-12-2024, 08:45 | Oxunub: 1 448