• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Abşeronda ağacəkmə və təmizlik aksiyası keçirilib

    07

    apr

    Abşeronda ağacəkmə və təmizlik aksiyası keçirilib

    Abşeron Rayon İcra Hakimiyyətinin, YAP Abşeron rayon təşkilatının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib.


    Tədbir çərçivəsində Bakı-Şamaxı, Bakı-Quba avtomobil yollarının Abşeron rayonuna aid hissəsində, o cümlədən Xırdalan şəhərində ümumilikdə 3000 ədəd müxtəlif növ ağac əkilib.

    Yeni əkilmiş ağaclara üzvi gübrə verilib və lazımi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazi məişət tullantılarından təmizlənib, ümumi iməcilik həyata keçirilib.

    Ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

    Tarix : 7-04-2024, 10:18 | Oxunub: 1 668