• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Binəqədidə sexdə güclü yanğın

    12

    fev

    Binəqədidə sexdə güclü yanğın

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, İslam Abışov küçəsi yaxınlığında sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.

    Ekologiya.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


    Əlavə məlumat veriləcək.

    Tarix : 12-02-2025, 13:32 | Oxunub: 1 464