• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah qar yağacaq, yollar buz bağlayacaq -PROQNOZ

    13

    fev

    Sabah qar yağacaq, yollar buz bağlayacaq -PROQNOZ

    Milli Hidrometeorologiya Xidməti fevralın 14-də gözlənilən hava şəraitini açıqlayıb.

    Ekoogiya.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

    Tarix : 13-02-2025, 15:40 | Oxunub: 1 528