• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • HAZIR OLUN! Yaxın bir neçə günün havası ilə bağlı XÜSUSİ XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanlar...

    19

    fev

    HAZIR OLUN! Yaxın bir neçə günün havası ilə bağlı XÜSUSİ XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanlar...

    Ölkə ərazisində bu gün axşam saatlarından etibarən havanın kəskin dəyişəcəyi proqnozlaşdırılır. Belə ki, yaxın bir neçə gündə temperatur təxminən 10 dərəcəyə yaxın aşağı enəcək və ölkənin müxtəlif ərazilərində sulu qar, qar mövcud olacaq.

    Bununla bağlı meteroloq Cavidan Əliyev "Referans"-a açıqlamasında vətəndaşlara xəbərdarlıq edib. 





    "Rusiya ərazisində az hərəkətli tsiklonun olması, digər tərəfdən şimal-qərbdə Skandinaviya antitsiklonun mövcudluğu şaxtalı havanın məcburi ölkəmizə daxil olmasına səbəb olacaq. Belə ki, ayın 19-u axşam saatlarından başlayaraq ölkə ərazisində yağıntılı keçəcəyi, 20-si və növbəti günlərdə əksər rayonlarda sulu qar və qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Bakıda fevralın 20-i sulu qar, ayın 21-də isə qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin bəzi rayonlarda arabir 18-23 m/s-dək, Bakıda isə 22-27 m/s dək güclənəcəyi gözlənilir. Temperatur 5-10 dərəcə aşağı enəcək. Belə ki, havanın minimal temperaturu Bakıda 0-3 dərəcə şaxta, düzən rayonlarında 0-5 dərəcə şaxta, dağlıq rayonlarda 7-12 dərəcə şaxtayadək enəcək. Bəzi Aran rayonlarında, əsasən də, Lənkəran-Astara zonasında güclü sulu qarın elektrik naqillərində, ağac budaqlarında ağırlıq yaratdığından onları qıra bilər. Bunları nəzərə alıb tədbirli olaq".

    Tarix : 19-02-2025, 12:00 | Oxunub: 3 288