• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • TƏCİLİ: İrihəcmli kanalizasiya borusu bomba kimi partladı-AİDİYYATI QURUMLAR HƏRƏKƏTƏ KEÇDİ/VİDEO

    15

    mar

    TƏCİLİ: İrihəcmli kanalizasiya borusu bomba kimi partladı-AİDİYYATI QURUMLAR HƏRƏKƏTƏ KEÇDİ/VİDEO

    İrihəcmli kanalizasisya borusu partlayıb, avtomobil yolu çöküb. Sakinlərin gediş gəliş yolu bağlanıb.

    Den.az-ın hadisə yerinə cəlb olunan əməkdaşı xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib.

    İstisamar müddətini başa vurmuş borunu demək olar ki, Xırdalan şəhərinin təqribən 70 faizinə xidmət edir.  Hacı Zeynalabdin küçəsində yaşayan sakinlərin sözlərinə görə, kanalizasiya borusunda elə bir partlayış baş verib ki, səsinə evdən bayıra çıxmağa məcbur olublar. Mövcud vəziyyətlə bağlı dərhal aidiyyatı üzrə məlumat veriblər. Hazırda onların istifadəsində olan küçə keçilməz olub, avtomobil yolu bağlanıb.

    Sakinlərin onuda bildirdilər ki, iri həcmli kanalizasiya boruları sözü gedən ünvanda ciddi təhlükəyə çebrilib. İstisamara yararsız kanalizasiya xətti yaşayış evlərinin yaxınlığından keçir. Bu da onları ciddi narahat edir.

    Ərazidəki vəziyyətdən Abşeron Su Meliorasiya Sistemlərinin İstisamrı İdarəsi də məlumatlıdır. Hazırda sözügedən ünvana çoxsaylı texnika və canlı qüvvə cəlb edilib.

    Qurum rəsmisi onuda əlavə edib ki, sözü gedən ünvanda qəza qısa vaxt ərzində  tam aradan qaldırılacaq.

    Tarix : 15-03-2025, 18:01 | Oxunub: 1 864