• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lerikdə qar uçqunu - 20-yə yaxın kəndlə əlaqə kəsildi

    24

    fev

    Lerikdə qar uçqunu - 20-yə yaxın kəndlə əlaqə kəsildi

    Lerikdə qeyri-sabit hava şəraiti qar uçqununa səbəb olub.

    Ekologiya.az xəbər verir ki, cənub bölgəsinə yağan güclü qar yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Lənkəran-Lerik magistralı açıq olsa da, ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.

    Rayonun Lerik-Hamarat-Vijaker yolunda isə qar uçqunu baş verib, yaxın kəndlərə gediş-gəliş çətinləşib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

    Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, yolun qardan təmizlənməsi işlərinə başlanılıb.

    Hazırda bölgədə günəşli hava müşahidə edilir. (AzərTac)

    Tarix : 24-02-2025, 15:55 | Oxunub: 984