• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb/ FOTO

    18

    may

    Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb/ FOTO

    Lerik rayonunun mərkəzindən 18 kilometr uzaqda yerləşən Çayrud kəndində uçqun olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb.


    Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Kəndə gediş-gəliş üçün alternativ yoldan istifadə olunur.


    Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.


    Tarix : 18-05-2024, 11:26 | Oxunub: 2 222