Azərbaycanda təhlükəli zəlzələ gözlənilmir. Həmçinin 12 noyabr 2023-cü ildə saat 21:30-da öz Teleqram kanalımda Türkiyədə yeni zəlzələlər olacağını xəbər vermişdim”.
Ekologiya.az xəbər verir ki, bu sözləri Globalinfo-ya Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.
Onun sözlərinə görə, Türkiyədə yenidən güclü zəlzələ baş verə bilər: “Çox təəssüf ki, zəlzələ təhlükəsi Türkiyə və qonşuları üçün hələ də öz aktuallığını saxlayır”.
Ekstrasens Azərbaycanda yaranacaq təhlükə haqda danışıb: “Azərbaycanda dəhşətli zəlzələlər olmayacaq. Lakin 2024-cü ilin yaz və yay ayları seysmoloji baxımdan Azərbaycan üçün çox aktiv görünür”.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi də Azərbaycanda güclü zəlzələ olmayacağını açıqlayıb.
XƏBƏRLƏR
SON DƏQİQƏ
Azərbaycanda güclü zəlzələlər baş verəcək? – “Çox təəssüf ki...”