• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xətaidə yaşıllıq ərazisi məhv edilir yerində obyekt tikilir - VİDEO

    26

    fev

    Xətaidə yaşıllıq ərazisi məhv edilir yerində obyekt tikilir - VİDEO

    Paytaxtın Əhmədli qəsəbəsi ərazisində yaşıllıq ərazidə metal konstruksiyalar quraşdırılıb.

    Ekologiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ərazidə yaşayan vətəndaşlar məlumat verib.

    Onlar bildiriblər ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyekti inşa edilir. Tikintiyə etiaz etdiklərini bildirən şikayətçilər burada aparılacaq işlərin ağacların məhv olmasına, şəhər mühitinin pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.

    Xətai Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb.

     

    Tarix : 26-02-2025, 14:16 | Oxunub: 1 504