Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.
Ekologiya.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
47 yaşlı Dmitri Viktoroviç Qaraminin m*yiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir.
Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatıb.