• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda qarlı hava günlərində yol qəzaları zamanı 5 svetofor dirəyinə zərər dəyib

    01

    mar

    Bakıda qarlı hava günlərində yol qəzaları zamanı 5 svetofor dirəyinə zərər dəyib

    Havanın qarlı və şaxtalı, küləkli və yağışlı olması fərq etməz, əməkdaşlar 7/24 iş başındadırlar.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi məsələsi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin daim diqqətindədir. Xüsusilə də qarlı havalarda, buzlu yol şəraitində baş verən hadisələr zamanı sıradan çıxan svetoforların yeniləri ilə əvəz edilməsi işləri aparılır, texniki nasazlıq səbəbindən yaranan problemlər qısa müddət ərzində həll edilir.

    Paytaxt ərazisində soyuq hava şəraitinin başladığı gündən 26 fevral tarixinə qədər qəzalar zamanı 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib. Hazırda da paytaxt yollarında svetoforlar diqqətdə saxlanılır, mütəmadi olaraq ərazilərə həm müşahidə kameraları vasitəsilə, həm də yerində baxış keçirilir.

    Tarix : 1-03-2025, 12:35 | Oxunub: 960