• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Martın 8-də gözlənilən hava şəraiti AÇIQLANDI

    07

    mar

    Martın 8-də gözlənilən hava şəraiti AÇIQLANDI

    Beynəlxalq Qadınlar Günü - 8 martda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. 

    Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

    Tarix : 7-03-2025, 13:57 | Oxunub: 1 312