Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov edən A. Musayev, B. Kamalov və E. Abbasov saxlanılıblar.


Ekologiya.az -ın məlumatına görə, həmin şəxslərdən qanunsuz ovladıqları 3 ədəd çöl donuzu və 1 ədəd ov tüfəngi aşkarlanıb.


Faktlar üzrə araşdırmalar aparılır.