• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sürücülərin NƏZƏRİNƏ: Bu yolda sürət həddi ENDİRİLDİ

    10

    mar

    Sürücülərin NƏZƏRİNƏ: Bu yolda sürət həddi ENDİRİLDİ

    Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

    Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

    Eyni zamanda tablolarda “dumanlı hava” işarəsi qoyulub.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.

    Tarix : 10-03-2025, 20:24 | Oxunub: 2 096