• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə işlənmiş batareyalar təhvil alınıb

    11

    mar

    “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə işlənmiş batareyalar təhvil alınıb

    İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

    Könüllülər "Cybernet" şirkətindən, “Bravo” Koroğlu hipermarketdən, “Araz” supermarketlər şəbəkəsinin Spar 1 və Spar 3 filiallarından ümumilikdə 65 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.
    Hər kəsi ətraf mühitin qorunmasına, tullantıların düzgün idarə edilməsinə yönəlmiş belə təşəbbüslərdə aktiv iştiraka çağırırıq. Ekologiya.az

    Tarix : 11-03-2025, 11:07 | Oxunub: 1 160