• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xankəndidə separatçıların yuvası SÖKÜLÜR

    12

    mar

    Xankəndidə separatçıların yuvası SÖKÜLÜR

    Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür.

    Ekologiya.az oxu.az-a istinadən xəbər verir ki, söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib.

    O qeyd edib ki, sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər.

    "Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək", - deyə A.Telmanqızı bildirib.

    Tarix : 12-03-2025, 14:50 | Oxunub: 1 848