• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Səkinin qanunsuz zəbt olunmasının qarşısı alındı

    12

    mar

    Səkinin qanunsuz zəbt olunmasının qarşısı alındı

    Bakının Xətai rayonu Xocalı prospektində piyada səkisinin qanunsuz zəbt olunması ilə bağlı görüntülər yayılıb.

    Ekologiya.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.

    Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Bildirilib ki, daxil olan sorğuya əsasən, ötən gün Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu, Xocalı prospekti ünvanında monitorinq keçirilərək, piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edilib.

    Operativ müdaxilə nəticəsində ərazidə qanunsuz işlər dərhal dayandırılaraq səki əvvəlki vəziyyətinə qaytarılıb.

    Tarix : 12-03-2025, 20:16 | Oxunub: 1 384