• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sürücü və piyadalara təcili XƏBƏRDARLIQ

    12

    mar

    Sürücü və piyadalara təcili XƏBƏRDARLIQ

    Son günlər müşahidə olunan dumanlı hava səbəbindən platformalarda, dəmir yolları və dəmiryol keçidləri ətrafında görmə bucağının və məsafəsinin azalması müşahidə olunur.

    Ekologiya.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadla xəbər verir. 

    "Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin.

    Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik", - məlumatda deyilir.

     

    Tarix : 12-03-2025, 21:01 | Oxunub: 904