• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda qumbara və avtomat tapıldı

    14

    mar

    Bakıda qumbara və avtomat tapıldı

    Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Səbail rayonu ərazisində 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 10 patron tapılaraq götürülüb.

    Nəsimi və Nərimanov rayonlarında isə 2 nəfər 2 avtomat silahı və 5 patronu könüllü olaraq polisə təhvil veriblər.

    Araşdırmalar aparılır.

    Tarix : 14-03-2025, 16:36 | Oxunub: 920