• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN: Dünən təhvil götürülən silah-sursatların sayı açıqlanıb

    15

    mar

    DİN: Dünən təhvil götürülən silah-sursatların sayı açıqlanıb

    Martın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, müxtəlif çaplı 3200 patron və digər sursatlar aşkar olunaraq götürülüb.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 8 ədəd patron təhvil alıblar.

    Martın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 21 patron aşkar edilərək götürülüb.


    Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.

    Tarix : 15-03-2024, 16:42 | Oxunub: 84