• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gədəbəydə dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

    17

    mar

    Gədəbəydə dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Zəhmət kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

    Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

    Yanğın nəticəsində dağlıq ərazidə 100 ha sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

    Tarix : 17-03-2025, 10:53 | Oxunub: 2 256