• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümumdünya Su Gününə həsr olunmuş tədbir keçirilib

    19

    mar

    Ümumdünya Su Gününə həsr olunmuş tədbir keçirilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu 221 saylı tam orta məktəbdə Ümumdünya Su Gününə həsr olunmuş maarifləndirici görüş keçirilib.

    Görüş çərçivəsində mütəxəssislər tərəfindən uşaqlara su ehtiyatlarının əhəmiyyəti və qorunması, suya qənaət mövzusunda məlumatlar verilib, bu sahədə həyata keçirilən milli və beynəlxalq strategiyalardan danışılıb. 

    Qeyd edək ki, 1993-cü ildən etibarən hər il martın 22-si şirin suyun əhəmiyyəti haqqında maarifləndirmək və su ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə Ümumdünya Su Günü kimi qeyd olunur.Ekologiya.az

    Tarix : 19-03-2025, 19:45 | Oxunub: 2 400