• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib

    04

    iyn

    Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbdə Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

    Ekologiya.az bildirir ki, tədbirdə mütəxəssislər tərəfindən şagirdlərə günün əhəmiyyəti, ətraf mühiti qorumaq üçün hansı tədbirləri görə biləcəkləri, tullantıların təbiətə, heyvanlara, su və torpaq ehtiyatlarına vurduğu zərərlər izah olunub.
    Daha sonra şagirdlərə səyyar laboratoriya, portativ cihaz və avadanlıqlar vasitəsilə ətraf mühit komponentləri olan atmosfer, torpaq və su üzrə monitorinqlərin həyata keçirilməsi və ətraf mühitə təsirlərin qiymətləndirilməsi nümayiş etdirilmiş, onlara son dövrlər ətraf mühitin sağlamlaşdırılması, xüsusən də ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər, qarşıda duran prioritet məsələlər açıqlanmışdır.

    Tarix : 4-06-2025, 18:50 | Oxunub: 648