• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yerdə güclü maqnit qasırğası başlayıb

    27

    mar

    Yerdə güclü maqnit qasırğası başlayıb

    Yerin maqnit sahəsində pozuntu qeydə alınıb və artıq orta səviyyəyə çatıb.

    Ekologiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

    Məlumata görə, Yerin maqnit sahəsindəki pozulma səviyyəsi beş göstəricinin monitorinq şkalası üzrə G2 ("orta") səviyyəsindədir ki, burada G5 "son dərəcə güclü", G1 isə "zəif"dir.

    G2 səviyyəsi o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana bilər. Həmçinin radionaviqasiyada fasilələr və yüksəktezlikli radio rabitəsində pozulmalar baş verə bilər.

    Tarix : 27-03-2025, 10:10 | Oxunub: 176