Bu fikirləri sayta açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Yaponiya subduksiya zonasında yerləşir:
"Şimal Buzlu okean bir tərəfdən, Avrasiya plitəsi bir tərəfdən, Sakit okean plitəsi bir tərəfdən, beləliklə, plitələr arasında gedən parçalanmalar böyük olur, onun da güclü təsiri yaranır.
İyulun 4-də Xəzərdə baş verən zəlzələ ilə əlaqədar millət küçələrə tökülmüşdü. Orada 6 km uzunluğunda, Yaponiyada isə 100 km dərinlikdə subduksiya zonasında parçalanmalar gedib. Ona görə onun təsiri də, orada ayrılan enerjinin gücü də çox yüksəkdir. Bizdə ən böyük zəlzələni götürdükdə 1902-ci ili müqayisə edirlər. Rixter cədvəlinə əsasən, maqnitudası 6,9-7 bal olub.
Mən inanmıram ki, Azərbaycanda 7,6-7,8 maqnitudalı zəlzələ baş versin.
6-7 bal arasında baş verən zəlzələlər tarixən də olub. 2000-ci il zəlzələsi də 6,2 maqnitudalı, 33 km dərinliyə malik olub. O qədər də böyük zəlzələ olmamışdı.
Bir sözlə, Yaponiyada, İndoneziyada, ümumiyyətlə, Sakit okeanda, Atlantik okeanda, Hind okeanında baş verən zəlzələlər tamamilə fərqlidir".