• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət sərhədində TƏHLÜKƏ: PUA zərərsizləşdirildi

    18

    apr

    Dövlət sərhədində TƏHLÜKƏ: PUA zərərsizləşdirildi

    Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Musavat.com-a verilən məlumata görə, aprelin 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

    Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülüb.

    Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



    Tarix : 18-04-2025, 20:10 | Oxunub: 672