• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu gecə Bakıda meteor yağışı yağacaq- XƏBƏRDARLIQ

    06

    may

    Bu gecə Bakıda meteor yağışı yağacaq- XƏBƏRDARLIQ

    Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq.

    “Report” xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq.

    Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.

    Eta-Akuariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.

    Qeyd edək ki, Eta-Akuariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər - "axan ulduzlar" əmələ gətirir.

    Eta-Akuariid yağışının mənşəyi Halley kometidir. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometlərdən biridir. Maraqlıdır ki, Halley kometi həm mayda müşahidə olunan Eta-Akuariid, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir.

    Tarix : 6-05-2025, 00:43 | Oxunub: 1 392