• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək

    07

    may

    “Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək

    Qubada “Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda simpozium keçiriləcək.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, III Quba Simpoziumu oktyabrın 3-4-də Soyqırımı Memorial Kompleksində təşkil ediləcək.

    Simpoziumda qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılması istiqaməti üzrə mütəxəssislər və maraqlı tərəflər iştirak edəcəklər. Tədbirdə qoruq və muzeylərin təkcə tarixi qorumaq üçün deyil, həm də onu cəmiyyətə ötürmək və gələcək nəsillərə çatdırmaq üçün vacib platforma olduğu diqqətə çatdırılacaq.

    Tarix : 7-05-2025, 14:52 | Oxunub: 2 528