• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!

    15

    may

    Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!

    Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.

     

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə mayın 17-si saat 00:00-dan etibarən İlqar Abdullayev küçəsində - Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq.

     

    Buna səbəb Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində inşa olunan tunelin giriş hissəsinin tikintisidir. Hərəkət məhdudiyyəti tikinti başa çatanadək qüvvədə qalacaq.

     

    Sürücülərə əvvəlcədən alternativ yollardan istifadə etmələri tövsiyə olunub.

    Tarix : 15-05-2025, 15:35 | Oxunub: 1 592