• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü leysan, dolu, sulu qar - XƏBƏRDARLIQ

    13

    iyn

    Güclü leysan, dolu, sulu qar - XƏBƏRDARLIQ

    İyunun 14-ü gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildiirlib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.


    Tarix : 13-06-2025, 12:01 | Oxunub: 160