• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Binəqədi-Görədil və Binəqədi-Balaxanı yollarının kəsişməsində təmir gedir

    18

    iyn

    Binəqədi-Görədil və Binəqədi-Balaxanı yollarının kəsişməsində təmir gedir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində cari təmir işlərinə başlayıb.

    "Report" agentliyə istinadən xəbər verir ki, sözügedən yol sahəsində aparılan təmir işləri təxminən 200 metr uzunluğunda ərazini əhatə edir.

    Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi (sökülməsi) işləri icra olunur. Növbəti mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

    Qeyd olunan təmir işləri nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti çətinliklərə səbəb ola biləcəyi üçün sürücülərdən ehtiyatlı olmaları və müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

    Tarix : 18-06-2025, 19:12 | Oxunub: 1 736