• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Paşinyan Türkiyəyə Bakı ilə saziş imzalamaq üçün gedir

    19

    iyn

    Paşinyan Türkiyəyə Bakı ilə saziş imzalamaq üçün gedir

    Ermənistanın “Qraparak” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyan sabah Türkiyəyə səfər etməyə hazırlaşır. Səfərin məqsədi Azərbaycanla yeni bir sazişin imzalanmasıdır.

    KONKRET.az bildirir ki, məlumata əsasən, sözügedən sənəddə azərbaycanlıların öz tarixi torpaqlarına, yəni hazırda Ermənistan ərazisində yerləşən bölgələrə qayıdışı məsələsi də əks olunub.


    Qəzet qeyd edir ki, bu təşəbbüs Ermənistan cəmiyyətində ciddi narahatlığa səbəb olub. İrəvan hələlik xəbərə rəsmi münasibət bildirməyib.

    Tarix : 19-06-2025, 14:05 | Oxunub: 528