• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır - Ərdoğan

    19

    iyn

    Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır - Ərdoğan

    Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şahidi olmaq imkanı verdi. Bu gün Prezident İlham Əliyevin komandanlığı ilə işğaldan azad edilən Qarabağın hər bir guşəsi vahid tikinti-bərpa meydançasının tərkib hissəsidir.

    Ekologiya.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı deyib.

    Türkiyə lideri xatırladıb ki, o, mayın 28-də Azərbaycanın Müstəqillik Günündə Laçında olub. Füzuli və Zəngilanın ardınca orada beynəlxalq hava limanı açılıb. “Qardaşım İlham Əliyevlə birlikdə yeni hava limanının açılışında iştirak etdik”, - deyə Ərdoğan bildirib.

    Türkiyə Prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması regionun inkişafı və bərpası istiqamətində səylərə yeni impuls verəcək.

    Tarix : 19-06-2025, 18:06 | Oxunub: 1 376