• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis Cəlilabadda 13 kiloqram narkotik vasitə və həblər aşkarlayıb

    23

    iyn

    Polis Cəlilabadda 13 kiloqram narkotik vasitə və həblər aşkarlayıb

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Babək Kərimli saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, həmin şəxsdən 13 kiloqram marixuana və 199 ədəd metadon həbi aşkarlanıb. Onun İran vətəndaşından əldə etdiyi narkotiki maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmalı olduğu müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, B.Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

    Tarix : 23-06-2025, 12:16 | Oxunub: 1 616