• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Külək axşam saatlarından tədricən zəifləyəcək – PROQNOZ

    24

    iyn

    Külək axşam saatlarından tədricən zəifləyəcək – PROQNOZ

    Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.


    Xidmətdən AEkologiya.az-a bildirilib ki, hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Goranboyda 27, Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Zərdabda 18, Mingəçevirdə 16, Yevlax, Şabran və Şəkidə 15 metrə çatıb. Dənizdə dalğanın hündürlüyü 2,2 metrdir.


    Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.

    Tarix : 24-06-2025, 16:51 | Oxunub: 176