• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

    25

    iyn

    Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

    Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə olunan faktiki vəziyyətə dair məlumat açıqlayıb.

    Xidmətdən Ekologiya.az-a bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 25-i saat 9:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25, Həkəriçayda 3, Kür çayının aşağı axınında Kür-Zərdabda isə 7 santimetr artım qeydə alınıb.

    Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 santimetr artıb, su sərfi saniyədə 214 kubmetr olmaqla, normanın 129 faizini təşkil edir.


    Tarix : 25-06-2025, 12:24 | Oxunub: 288