• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN-dən növbəti əməliyyat: 60 kq narkotik aşkarlandı

    26

    iyn

    DİN-dən növbəti əməliyyat: 60 kq narkotik aşkarlandı

    Daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal və Yevlax rayonlarında keçirilən əməliyyatlarla əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimova, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifov, 37 yaşlı Babək Talıbov, 29 yaşlı Eyvaz Məmmədov və 43 yaşlı Çingiz İsmayılov tutulublar.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb.

    Belə ki, onlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


    Qeyd edək ki,Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.

    Tarix : Bu gün, 16:05 | Oxunub: 88