• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP31-ə Antalyanın namizədliyi irəli sürülüb

    27

    iyn

    COP31-ə Antalyanın namizədliyi irəli sürülüb

    Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində “Davamlı gələcəyin formalaşdırılması: Türkiyənin iqlimlə bağlı fəaliyyət şəbəkəsi” adlı tədbir keçirilib.

    "Report" xəbər verir ki, Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bütün iştirakçıları COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dəstək olmağa çağırıb.

    Sonra Türkiyənin COP31-ə dair video-təqdimatı nümayiş olunub.

    Sonda Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi departament rəhbəri Aysin Tutpancı COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dair təqdimatla çıxış edib.

    Tarix : Dünən, 17:12 | Oxunub: 376