• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Oğuzda selə qarşı qabaqlayıcı tədbirlərə başlanılıb, çaylarda məcratənzimləmə işləri görülür

    30

    iyn

    Oğuzda selə qarşı qabaqlayıcı tədbirlərə başlanılıb, çaylarda məcratənzimləmə işləri görülür

    Oğuzda selə qarşı qabaqlayıcı tədbirlərə başlanılıb, çaylarda məcratənzimləmə işləri görülür.

    Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

    Bildirilib ki, idarə tərəfindən Oğuz rayonundan axan dağ çaylarının təhlükəli ərazilərində mühafizə tədbirlərinə başlanılıb. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel daşqınlarından qorunması məqsədi ilə istismar tədbirləri planına uyğun olaraq mövcud daş beton bəndlərində 140 m³ cari təmir işləri, selə qarşı mübarizə məqsədilə mövcud çay sistemlərində ekskavator və buldozerlərlə təmizləmə işləri yerinə yetirilib.

    Bundan başqa, əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi və əkin sahələrinə suvarma suyunun itkisiz və vaxtında çatdırılması məqsədi ilə idarənin balansında olan kanal və kollektorlardan 36 min m³ lildən təmizləmə işləri aparılıb.

    Tarix : Dünən, 21:01 | Oxunub: 112