• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

    03

    iyl

    Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

    Bakıda yaşayış binasında yanğın olub.

    Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

    Yüksək temperaturdan 4-cü mərtəbədə mənzilin xarici divarına quraşdırılan kondisioner əriyib.


    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

    Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Tarix : Dünən, 19:11 | Oxunub: 104