Beynəlxalq Kosmik Stansiyanın (MKİ) ekipajı Yer atmosferində olduqca nadir rast gəlinən nəhəng elektrik boşalmasını – “giant jet” hadisəsini qeydə alıb. Bu güclü elektrik zərbəsi təxminən 100 kilometr hündürlüyə qədər yüksələrək ildırımın qaranlıqda sanki kosmosa uzandığını göstərib.
Ekologiya.az xəbər verir ki, hadisənin MKİ-dən çəkilmiş fotoları bu təbiət hadisəsini demək olar ki, unikal hala gətirib.
Nəhəng jetlər ildırımın xüsusi forması hesab olunur və çox nadir hallarda müşahidə edilir. Onlar qasırğalı buludlardan çıxaraq, atmosferi yarıb Yer və kosmos sərhədinədək çatırlar.
Bu hadisənin qeydə alınması elmi cəhətdən böyük əhəmiyyət daşıyır və tədqiqatçılara atmosfer-elektrik proseslərini daha dərindən anlamağa imkan verir.
Musavat.com