• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda növbəti “SUVAR” aksiyası keçirilib

    08

    iyl

    Naxçıvanda növbəti “SUVAR” aksiyası keçirilib

    Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsi məqsədilə növbəti “SUVAR” ekoloji aksiyası keçirilib.

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, budəfəki aksiya Naxçıvan şəhərinin Çənlibel məhəlləsində baş tutub. Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Sonra ətraf ərazidəki ağaclar suvarılıb. Aksiyada Ekologiya könüllüləri fəallıq nümayiş etdiriblər. Onlar ağacları suvarmaqla yanaşı, ətrafdakı insanlara da aksiyanın məqsədi barədə məlumat verərək, onları dəstəyə və sudan səmərəli istifadəyə dəvət ediblər.

    Aksiya çərçivəsində "Tullantıları ekoçantaya dəyiş" təşəbbüsü də icra olunub.

    Qeyd edək ki, ekoloji aksiya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

    Aksiyanın davamlı olaraq təşkili nəzərdə tutulur.




    Tarix : Bu gün, 17:20 | Oxunub: 408